Dekabrın 3-dək bizi hansı hava şəraiti gözləyir?
29.11.2022 17:02
691
Siyasət
A
Dekabrın 3-dək bizi hansı hava şəraiti gözləyir?

Noyabrın 30-da və dekabrın 1-2 -də Qara dənizin sahilyanı ərazilərində, Yuxarı İmereti və Kolxeti düzənliklərində arabir şərqdən güclü külək əsəcək.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Dekabrın 3-dək Qərbi Gürcüstanın ayrı-ayrı rayonlarında isti fonunda bir qədər yağış yağa bilər. Qara dənizin sahilyanı rayonlarında, Yuxarı İmereti və Kolxeti düzənliklərində şərqdən güclü külək əsəcək. Aran rayonlarında havanın temperaturu gündüz +14, +19 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanda nisbətən soyuq, buludlu, dumanlı, arabir yağışlı hava gözlənilir. Gündüz bəzi yerlərdə havanın temperaturu +4, +9 dərəcə təşkil edəcək. Dekabrın 3-dək Tbilisidə nisbətən soyuq, buludlu, dumanlı, arabir yağışlı hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +7, +9 dərəcə təşkil edəcək.

ŞƏRH YAZ
6