Milli Məclisdə sensasiyalı çıxış: Gürcüstanda müsəlman din xadimlərinin əksəriyyətini İran hazırlayır... - VİDEO
30.11.2022 02:52
1605
Siyasət
A
Milli Məclisdə sensasiyalı çıxış: Gürcüstanda müsəlman din xadimlərinin əksəriyyətini İran hazırlayır... - VİDEO

“Hazırda Gürcüstanda azərbaycanlılar yaşayan ərazilərdə elə məktəblər var ki, yaşlı müəllimləri əvəz edəcək heç kim yoxdur. Məktəb ilk növbədə ona görə azərbaycandilli məktəb adlanır ki, orada Azərbaycan dili və ədəbiyyatı fənni keçirilir. Bunu azərbaycanlı müəllimlər keçirlər. Ümumiyyətlə, digər fənləri keçməyə də müəllim yoxdur”.

Aktual.ge xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin (Parlament -Red.) 29 noyabr keçirilən iclasında deputat Fazil Mustafa Gürcüstanla bağlı çıxış edərkən deyib.

O, çıxışında müzakirələrə səbəb olacaq ifadələrə də yer verib:

"Gürcüstanda milli məktəblərimizdə kadr çatışmazlığı var. Problemi həll etmək üçün optimal variant Tbilisidə Gürcüstan və Azərbaycan hökumətinin dəstəyi ilə ortaq universitetin yaradılmasıdır.

Gürcüstanda olan din xadimlərimizin əksəriyyətini ya İran öz dini müəssisələrində hazırlayır, ya da Borçalıya onlara müəyyən tapşırıqlar verərək qaytarır. Gürcüstanda azərbaycanlılar arasında cəhalət artmaqdadır. Biz indidən bu məsələyə reaksiya verməliyik. Gürcüstanda olan azərbaycanlıların dini təhsil alması üçün imkanlar da yaradılmalıdır”.

ŞƏRH YAZ
14