30.11.2022 15:07
2618
Siyasət
A
"Ar olsun Kənan Ömərova, Zaur Darğallıya və Savalan Mirzəyevə" - Əliyeva

"Marneulidə növbəti biyabırçılıq davam edir. Yaşlı insanlar, qadınlar meriya önündə etiraz edib haqqını tələb edirlər, harınlanmış məmurlar pəncərədən izləyib gülürlər. Kəndlinin yeganə dolanacağı torpaqdır, əkim biçimdir, xalqa xəbərdarlıq etmədən torpaq əlindən alıb başqalara icarəyə verən bu hakimiyyət bu xalqın qanını içir. Şəxsi monopoliya, biznesi üçün bizim xalqın çörəyini əlindən alır. Haqqını tələb edib bir açıqlama gözləyən xalq günlərdir etiraz aksiyaları edir, meria qarşısında toplaşıb bir nəfər çıxıb bu xalqa cavab vermir".

Aktual.ge xəbər verir ki, bu sözlərlə müxalif "Milli Hərəkat" partiyasının Marneuli Bələdiyyə Məclisindəki deputatı Nərgiz Əliyeva Təkəli sakinlərinin Meriya qarşısında bu gün keçirdikləri aksiyasa münasibət bildirib. 

Onun sözlərinə görə, mer xalqı ayağına çağırır.

"Bu da yeni tendensiyadır, hər toplaşan xalqa çıxın yuxarı ayağıma gəlin deyən mer və deputatlar bu xalqı bu cür əysildir. Yuxarı onun üçün dəvət edirlər ki, nümayişanə bu xalqı alçaldıb boş vədlər verib sonra da biz elə şey deməmişik deyərək məsələni ört basdır etmək üçün. Mən sizin yerinizə utanıram, ayıb olsun. Bu qədər də harınlanmaq olmaz, sizi siz edən, sizə o kresloyu verən o maaşı verən bu xalqdır. İstədiyi zaman sizi o kreslodan qopartmağa da qadirdir bu xalq. Bu hakimiyyətin kölələrindən bundan artıq nə gözləməliyik ki? Ey xalq biz unutmayaq ki, bizim burada oturanların hamısı bir kölədir, kukladır, ona görə sizin qarşınıza çıxmırlar, ona görə bu cür problemlər yaranır ki, yuxarıdakı ağaları elə istəyir. Bu bədbəxtlər isə kreslo xatirinə onlara etiraz edə bilmirlər.

Kənan Ömərov, Zaur Darğallı, Savalan Mirzəyev siz nə zamana kimi bu zülmə alət olub bu xalqı bu vəziyyətə salacaqsınız? Siz növbəti seçkilərdə nə üzlə bu xalqın qarşısına çıxacaqsınız? Ar olsun hakimiyyətinizə də sizə də", - deyə Nərgiz Əliyeva qeyd edib.

Xatırladaq ki, bu gün, 30 noyabr Marneuli Bələdiyyəsinin Təkəli sakinləri Meriyanın qarşısında əkin sahələrinin geri qaytarılması tələbi ilə etiraz aksiyası keçiriblər. Aksiyaçılar əkin sahələrinin əllərindən alındığını söyləyirlər və bu, işdə hökuməti və Marneuli Meriyasını günahlandırırlar. Marneuli Meriyasının qarşısında təqribən 3 saat davam edən aksiyada etirazçılar Marneuli meri Kənan Ömərovun onların yanina gəlməsini tələb etsələr də, mer onların tələbinə məhəl qoymayıb, media nümayəndələri olmadan ofisində onları qəbul etməyə hazır olduğunu söyləyib.

ŞƏRH YAZ
10