Prezident Saakaşvilini əfv edəcək? - Kobaxidzedən açıqlama
30.11.2022 15:37
915
Siyasət
A
Prezident Saakaşvilini əfv edəcək? - Kobaxidzedən açıqlama

"Saakaşvilini əfv etmək prezidentin səlahiyyətindədir. Salome Zurabişvili iğtişaşların xeyrinə sülh və iğtişaş arasında seçim edərsə, cəmiyyət buna qiymət verməlidir, ümid edirəm ki, prezident bunu etməyəcək".

Aktual.ge xəbər verir ki, bunları hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, keçmiş prezidentin azadlığa buraxılmasını tələb edən insanların əsas məqsədi Gürcüstanda iğtişaşlar yaratmaqdır.

“Saakaşvilinin azad edilməsindən danışan bu insanları ölkə daxilində və ya xaricdə motivasiya edən yeganə şey ölkədə xaos yaratmaq marağıdır. Bilirsiniz ki, onlar Saakaşvilini bələdiyyə seçkilərindən əvvəl Gürcüstana məhz bu məqsədlə gətiriblər və Saakaşvilini də eyni məqsədlə azad etmək istəyirlər. Bu marağı, təbii ki, cəmiyyət oxumalı və ondan nəticə çıxarmalıdır. Salome Zurabişvili sülh və nizamsızlıq arasında seçim etsə, o seçimi ajiotajın xeyrinə edəcək, cəmiyyət də buna qiymət verməlidir. Ümid edirəm ki, prezident bunu etməyəcək”, - İrakli Kobaxidze qeyd edib.

Məlumat üçün bildirək ki, Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvilinin ailəsi, vəkilləri və tərəfdarları onun səhhətinin kəskin pisləşdiyini söyləyirlər və bununla bağlı da ölkə başçısı Salome Zurabişvilidən onu əfv etməsini xahiş edirlər.

ŞƏRH YAZ
13