Noyabr ayında ərzaq qiymətləri pik dərəcə bahalaşıb
02.12.2022 11:59
551
İqtisadiyyat
A
Noyabr ayında ərzaq qiymətləri pik dərəcə bahalaşıb

Bu ilin noyabr ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi 0,5%, illik inflyasiya səviyyəsi isə 10,4 faiz təşkil edib.

Aktual.ge xəbər verir ki, bu haqda Milli Statistika İdarəsi məlumat verib.

Bildirilib ki, illik inflyasiyanın formalaşmasına əsasən aşağıdakı qruplar üzrə qiymət dəyişiklikləri təsir göstərib.

Ərzaq və alkoqolsuz içkilər qrupu üzrə qiymətlər 16,8 faiz bahalaşıb. Digər qiyməti bahalaşan məhsullar isə belədir:

  • Tərəvəz və bağ bitkiləri - 26,0 faiz
  • Çörək və çörək məhsulları - 23,8 faiz
  • Mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələr - 22,0 faiz
  • Qəhvə, çay və kakao - 19,5 faiz
  • Süd, pendir və yumurta - 18,3 faiz
  • Şəkər, mürəbbə və digər şirniyyatlar - 15,7 faiz
  • Balıq - 13,6 faiz
  • Yağ və piy - 10,1 faiz
  • Ət və ət məhsulları - 9,1 faiz
  • Meyvə və üzüm - 6,9 faiz

Nəqliyyat qrupu qiymətləri də bahalaşıb:

  • Nəqliyyat xidmətlərinin qiymətləri artıb - 13,8 faiz. 
  • şəxsi avtonəqliyyat vasitələrinin istismarı üzrə - 8,2 faiz
  • Nəqliyyat vasitələrinin alışı üzrə - 2,1 faiz

 

ŞƏRH YAZ
9