
"Mixail Saakaşvili sabahkı məhkəmə iclasında iştirak etməyə və ifadə verməyə hazırdır".
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəkili İrakli Lomia jurnalistlərə açıqlamasında bildirib.
"Mixeil Saakaşvili dedi ki, sabahkı məhkəmə iclaslarında iştirak etməyə həvəslidir, yəqin ki, Penitensiar Xidmət onu daşımaq üçün vasitə ilə təmin edəcək. Bu, əlil arabası, xərək və başqa hər şey deməkdir", - hüquqşünas qeyd edib.
Tbilisi Şəhər Məhkəməsində hakim Giorgi Arevadze sabah, dekabrın 9-da saat 13:00-da Mixail Saakaşvilinin azadlığa buraxılması və ya hökmün təxirə salınması ilə bağlı vəsatəti müzakirə edəcək.
Qeyd edək ki, həkimlərin və Penitensiar Xidmətin Mixail Saakaşvilinin məhkəmədə iştirakına icazə verib-verməyəcəyi hələlik məlum deyil, çünki əvvəlki məhkəmə iclasında istəyinə baxmayaraq, o, prosesdə iştirak etməyib.