Kateqoriyalar
5 yanvar tarixində Praqada Avropa hüquq-mühafizə orqanlarının əməkdaşları 38 yaşlı əslən Dmanisidən olan, Azərbaycan vətəndaşı, kriminal avtoritet Polad ləqəbli Polad Ömərovu saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə 'Haqqın' media qurumu məlumat yayıb.
Məlumata görə, Polad Ömərov xüsusi əməliyyat nəticəsində etibarlı adamı “Ziko” ilə birlikdə saxlanılıb. Onu səs-küylü qətllərdə, adam oğurluğunda və cinayət sindikatlarının təşkilində ittiham edən ölkələr arasında Gürcüstanda daxil olmaqla, ABŞ (onu 32 il həbs cəzası gözləyir), Çexiya, Bolqarıstan, Qazaxıstan və Ukrayna da var.
Ukraynada Polad Ömərov 2021-ci ilin dekabrında kriminal rəhbəri Nazir Əliyevin qətlini təşkil etdiyinə görə beynəlxalq axtarışa verilib.