Millət vəkili Ukraynanın Saakaşvili açıqlamasına belə reaksiya verdi
09.01.2023 12:00
2004
Siyasət
A
Millət vəkili Ukraynanın Saakaşvili açıqlamasına belə reaksiya verdi

Parlamentin üzvü Rati İonatamişvili Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvili haqqında bəyanatını Gürcüstanın ədalət mühakiməsinə müdaxilə adlandırıb.

Aktual.ge xəbər verir ki, o, Podolyaka cavabında deyib:

"Bu, bir az utancverici bəyanat oldu - 'Mən gəlib həbsdə olan Saakaşvilini öz əllərimlə götürəcəm'. Mən bunu ciddi qəbul edə bilmirəm. Bu, gürcü ədalət mühakiməsinə müdaxilə cəhdidir, çünki belə bir qərar məhkəmə tərəfindən müstəqil və obyektiv hallar nəzərə alınmaqla qəbul edilir və bu qərarın qəbuluna heç kim müdaxilə edə bilməz".

Xatırladaq ki, Mixail Podolyak mediaya müsahibəsində Ukrayna hakimiyyətinin Gürcüstan hökumətinə eks-prezident Saakaşvilini müalicə üçün Kiyevə köçürməyi rəsmən təklif etdiyini bildirib. O deyib ki, Tbilisi onu birbaşa Ukraynaya köçürmək istəmirsə, o zaman istənilən üçüncü Avropa ölkəsinə verilə bilər. Podolyak isə Saakaşvili üçün şəxsən gəlməyə hazır olduğunu vurğulayıb.

ŞƏRH YAZ
12