Bu gün Gürcüstan Dövlət Bayrağı günüdür
14.01.2023 11:16
3403
Siyasət
A
Bu gün Gürcüstan Dövlət Bayrağı günüdür

Bu gün, 14 yanvar Gürcüstanın Dövlət Bayrağı günüdür.

Aktual.ge xatırladır ki, Gürcüstanda Dövlət Bayrağı Günü 2004-cü il yanvarın 14–də bərpa edilib. Lakin bu gün bayram kimi yalnız 2012-ci ildən qeyd edilməyə başlayıb.

Gürcüstanın mövcud qırmızı rəngli müasir beş xaçdan ibarət olan bayrağı 2004-cü il yanvarın 14-də parlament çoxluğu ilə Gürcüstanın Dövlət Bayrağı kimi təsdiq olunub və rəsmi şəkildə yanvarın 14-ü Dövlət Bayrağı Günü elan olunub.

Gürcüstan dövlət bayrağı 13-cü əsrə aid hesab edilib. Qeyd edilib ki, Gürcüstan bayrağı öz qədimliyinə görə, Danimarkanın bayraqından sonra dünyada ikinci yerdədir.

Məlumat üçün bildirək ki, 1918-1921-ci illərdə mövcud olan Gürcüstan Demokratik Respublikasının bayrağı 1991-ci Sovet İttifaqından müstəqillik əldə etmiş Gürcüstanın bayrağı statusunu davam etdirib. 2004-cu ildə isə ölkə bayrağının dəyişdirilməsinə qərar verilib.

Şanlı bayrağımızın işğal olunmuş ərazilərdə dalğalanmasını arzu edirik.

ŞƏRH YAZ
5