Ronaldo Messiyə qarşı - Biletlər bir neçə dəqiqəyə satıldı
15.01.2023 01:39
630
İdman
A
Ronaldo Messiyə qarşı - Biletlər bir neçə dəqiqəyə satıldı

Fransanın PSJ klubu ilə Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandası arasında keçiriləcək yoldaşlıq oyununun biletləri bir neçə dəqiqəyə satılıb.

Aktual.ge xəbər verir ki, Lionel Messi və Kriştiano Ronaldo bu görüşdə üz-üzə gələcəklər.

Yanvarın 19-da Ər-Riyadda keçiriləcək matçın biletləri satışa çıxarıldıqdan sonra 2 milyondan çox insan onlayn növbəyə durub.

Qeyd edək ki, Messi PSJ-nin, Ronaldo “Əl Nəsr”in formasını geyinir.

ŞƏRH YAZ
7