
Kateqoriyalar
İrəvan və Tehran şəhərləri qardaşlaşıb.
Aktual.ge xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Müqaviləni İrəvan meri Qraçya Sarkisyan və Tehran meri Əlirza Zakani imzalayıb.
Mərasimdə çıxış edən Zakani deyib: “İran İslam Respublikasının tutarlı siyasəti qonşu ölkələrlə əlaqə, əməkdaşlıq və mehriban qonşuluq yaratmağa istiqamətlənib. Ermənistanın da İranın nəzərində özünəməxsus yeri var və biz iki ölkə arasında əlaqələrin genişlənməsində maraqlıyıq”.