“Toppuş bacı” vəfat edib - Həyat yoldaşından ürək dağlayan sözlər... (FOTO)
22.01.2023 13:57
2276
Mədəniyyət
A
“Toppuş bacı” vəfat edib - Həyat yoldaşından ürək dağlayan sözlər... (FOTO)

Azərbaycan Respublikasının Əməkdar artisti, Tünzalə Əliyeva vəfat edib.

Aktual.ge məlumat verir ki, bu barədə azərbaycanlı teatrşünas Anar Bürcəliyev bildirib.

Qeyd edək ki, hər kəsin “Toppuş bacı” kimi tanıdığı T.Əliyeva uzun sürən ağır xəstəlikdən sonra 49 yaşında dünyasını dəyişib.

Tünzalə Əliyevanın həyat yoldaşı Royal Babayev də Əməkdar artistin ölümü ilə bağlı paylaşım edib.

“Instagram” hesabında paylaşım edən R.Babayev həyat yoldaşını çox sevdiyini qeyd edib:

“Sən gördüyüm və tanıdığım ən gözəl insan idin. Ən gözəl həyat yoldaşı idin! Həm ata, həm ana idin mənə. Sən mənim həm bacım, həm qardaşım oldun. Mənə ən yaxın dost idin. Mən səndən çox razı oldum. Allah da səndən razı olsun, mənim gözəl həyat yoldaşım. İnşallah, qiyamətdə görüşərik!”.

ŞƏRH YAZ
18