İndi də bu ölkədə Qurani-Kərim yandırıldı - SKANDAL VİDEO
24.01.2023 01:34
1221
Dünya
A
İndi də bu ölkədə Qurani-Kərim yandırıldı - SKANDAL VİDEO

İfrat sağçı siyasətçi Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi yandırmasına İsveçə qarşı sərt reaksiyalar davam edərkən, buna bənzər skandal bir hadisədə Hollandiyanın Haaqa şəhərində yaşanıb. 

Aktual.ge xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiyadakı “Pegida” platformasının lideri Edwin Vaqensveld əvvəlcə Qurani-Kərimi media nümayəndələri qarşısında cırıb, sonra isə yandırıb.

Belə ki, o, dünən müvəqqəti Nümayəndələr Palatasının qarşısında əlində Quran nümayiş etdirib. Edwin Vaqensveld Hollandiyanın diplomatik mərkəzi kimi tanınan Haaqada baş verən qalmaqallı şounu sosial media hesabında paylaşıb. Görüntülərdə o, İslam dininin müqəddəs kitabının vərəqlərini cırması, yandırması və kitabın üzərinə ayaq basması əks olunub.

Məlumatlara görə, daha əvvəl iki dəfə eyni əməli törətdikdən sonra saxlanılan Edwin Vaqensveldə bu dəfə müdaxilə edilməyib.

ŞƏRH YAZ
35