
“Rusiya ilə birbaşa hava əlaqəsinin bərpası və real təhlükəsizlik risklərinin artması halında səfirlik Ukrayna vətəndaşlarının Gürcüstan ərazisindən kütləvi şəkildə təxliyyə olunmasına köməklik məsələsini müzakirə etmək üçün beynəlxalq təşkilatlarla, beynəlxalq tərəfdaşlarımızla əlaqə saxlamaq imkanını istisna etmir".
Aktual.ge xəbər verir ki, bu barədə Ukraynanın Gürcüstandakı səfir səlahiyyətlərinin icraçısı Andrey Kasyanov Ukrayna mətbuatına müsahibəsində bildirib.
Onun sözlərinə görə, “rusların Gürcüstana anomal axınına görə” Gürcüstanda təhlükəsiz olmaq təhlükəsinin əhəmiyyətli dərəcədə artması fonunda səfirlik Ukrayna vətəndaşlarının Ukraynaya qayıtmasına hər cür dəstək verir.
“İndi biz Ukrayna əhalisinin həqiqətən geri qayıtmaq imkanı olmayan ən həssas təbəqələri üçün xüsusi evakuasiya marşrutlarının təşkili imkanlarını nəzərdən keçiririk. Eyni zamanda biz yerüstü nəqliyyatı ən optimal hesab edirik”, - Andrey Kasyanov bildirib.