Ukraynalı diplomatın açıqlamasına
24.01.2023 20:07
342
Siyasət
A
Ukraynalı diplomatın açıqlamasına "Gürcü Arzusu"ndan cavab verildi

Hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Ukraynanın ölkəmizdəki müvəqqəti işlər vəkili Andrey Kasyanovun bəyanatına cavab verib.

Aktual.ge xəbər verir ki, Kobaxidze Kasyanovun açıqlamasının spekulyativ olduğunu və Gürcüstanın artıq bu cür bəyanatlara öyrəşdiyini qeyd edib.

“Kasyanov o halda ukraynalıları Gürcüstandan təxliyə etməli olardı ki, biz Ukraynaya “BUK”ları göndərək. Bu, Gürcüstanın hərbi münaqişədə birbaşa iştirakı olardı. Kasyanov bizi müharibəyə qoşulmağa çağırdı, bu halda biz yalnız ukraynalıları deyil, həm də gürcüləri Gürcüstandan təxliyə etməli olardıq” , - deyə İrakli Kobaxidze əlavə edib.

O, deyib ki, Gürcüstanla Rusiya arasında birbaşa uçuşların bərpa edilməsinin rusiyalıların axını ilə heç bir əlaqəsi yoxdur. Vurğulayıb ki, iki ölkə arasında birbaşa uçuşların dayandırılması Rusiya tərəfindən qəbul edilmiş birtərəfli qərardır, bu səbəbdən uçuşların bərpası da birtərəfli qərar olacaq.

“Mən yalnız onu deyə bilərəm ki, belə bir qərar (birbaşa uçuşların bərpası – red.) Rusiya Federasiyasında yaşayan milyonlarla gürcüstanlının xeyrinə olacaq”, - deyə İrakli Kobaxidze qeyd edib.

Qeyd edək ki, Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov Ukrayna mətbuatına açıqlamasında bildirib ki, Ukrayna səfirliyi Gürcüstan və Rusiya arasında birbaşa uçuşlar bərpa edilərsə, Gürcüstandakı ukraynalıları təxliyəsi üçün beynəlxalq tərəfdaşlara və təşkilatlara müraciət edə bilər.

ŞƏRH YAZ
9