Gürcüstanda ilk dəfə - Yalnız bu bələdiyyədə birinci siniflər üçün günlük 4 lari ayrılacaq
26.01.2023 13:39
4827
Mədəniyyət
A
Gürcüstanda ilk dəfə - Yalnız bu bələdiyyədə birinci siniflər üçün günlük 4 lari ayrılacaq

Gürcüstanın Tsalenjixa Bələdiyyəsində birinci sinif şagirdlərinin qida ilə təmin edilməsi proqramı başlayır.

Aktual.ge xəbər verir ki, Tsalencixi Bələdiyyə Məclisinin qəbul etdiyi qərarda deyilir.

Bildirilir ki, proqram fevralın 1-dən həyata keçiriləcək və bütün birinci sinif şagirdlərinə gün ərzində 4 lari yardım göstəriləcək. Bundan əlavə, proqram ildə 180 günlük təhsil müddəti üçün nəzərdə tutulmuşdur.

“Proqrama əsasən, 1-ci sinif şagirdlərinə bank kartları veriləcək və onlar yalnız müəyyən qida obyektlərində və bazarlarda istifadə edə biləcəklər. Uşağın maraqlarına uyğun olaraq kartın istifadəsi müəyyən qədər məhduddur. Kart vasitəsilə bankomatdan pul çıxarmaq, həmçinin kartdan onlayn ödənişlər üçün istifadə etmək mümkün deyil. Kartın itirilməsi halında, valideyn və ya qanuni nümayəndə kartın bərpası ilə bağlı dərhal Tsalenjixa meriyasına yazılı müraciət etməlidir”, - Tsalenjixa Bələdiyyə Məclisinin qərarında deyilir.

Birinci sinif şagirdlərinin qida ilə təminatının maliyyələşdirilməsi Tsalenjixa bələdiyyəsinin büdcə ayırmaları çərçivəsində həyata keçirilir.

ŞƏRH YAZ
5