Dələduzluğun ən pikini etdilər: Yüz milyonlarla dollar... - Prokurorluğ hərəkətə keçdi
27.01.2023 00:49
4690
Kriminal
A
Dələduzluğun ən pikini etdilər: Yüz milyonlarla dollar... - Prokurorluğ hərəkətə keçdi

Gürcüstan Baş Prokurorluğu xarici hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə transmilli istintaqa başlayıb.

Aktual.ge xəbər verir ki, bununla bağlı sözügedən Qurum məlumat yayıb.

Məlumata əsasən, 111.000.000 ABŞ dolları və 2.500.000 avro məbləğində qanunsuz gəlirlərin leqallaşdırılması faktı üzrə 3 fiziki və 13 hüquqi şəxs barəsində cinayət təqibi başlanıb.

"Aparılmış araşdırmalarla müəyyən edilib ki, Gürcüstan vətəndaşı və onunla əlaqəli şəxslər xarici dövlətin ərazisində qeyri-qanuni yolla xüsusi külli miqdarda maddi gəlir əldə etmək məqsədi daşıyan mütəşəkkil cinayətkar qrup yaradıblar.

Mütəşəkkil dəstənin üzvləri digər ölkələrin ərazisində müxtəlif növ xüsusilə ağır cinayətlər törədiblər, o cümlədən yüz milyonlarla ABŞ dolları məbləğində çox epizodlu dələduzluq, çirkli pulların yuyulması, kibercinayətkarlıq və rəsmi sənədlərin saxtalaşdırılması işləri görüblər.

İstintaqla məlum olub ki, təqsirləndirilən şəxslər əldə etdikləri yüz milyonlarla ABŞ dollarına qanuni sifət vermək və onun qanunsuz mənşəyini ört-basdır etmək məqsədilə nəzarətlərində olan hüquqi şəxslərdən istifadə edərək, Gürcüstanda fəaliyyət göstərən bank müəssisələrində hesablar açıblar. Qondarma məqsədlərlə əməliyyatlar aparıblar, cinayət yolu ilə əldə edilən vəsaitləri bahalı daşınmaz əmlaka yatırıblar.

Həmçinin cinayətkar qruplaşmanın üzvləri nəzarət etdikləri xarici bank hesablarından Gürcüstanda açılmış hesablara xüsusilə külli miqdarda vəsait toplayıb, şirkətlərin bank hesabları arasında çoxsaylı qaranlıq və uydurma əməliyyatlar həyata keçiriblər. Bundan əlavə, müttəhimlərdən biri eyni dövrdə cinayət yolu ilə əldə etdiyi pulla təxminən 11 000 000 lariyə Kobuletidə ümumilikdə 21 000 kv.m. Torpaq sahəsi və mövcud tikililər alıb.

İstintaq məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslərin və onların müəssisələrinin bank hesablarında olan təxminən 70 milyon ABŞ dolları və 1 milyon 760 min avro, habelə cinayət yolu ilə əldə edilmiş gəlirlə alınmış 21 min kvadratmetr ərazini müsadirə edib", - Baş Prokurorluğun açıqlamasında deyilir. 

Bildirilib ki, cinayəto törədənləri 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. 13 hüquqi şəxs barəsində isə xüsusilə külli miqdarda qeyri-qanuni gəlirlərin leqallaşdırılması faktı üzrə ittiham irəli sürülüb ki, bu da ləğvetmə və ya əmək hüququndan məhrumetmə və cərimə ilə cəzalandırılır.

ŞƏRH YAZ
8