Zaur Darğallı:
30.09.2020 10:40
422
Siyasət
A
Zaur Darğallı: "Jurnalistlərə edilən zorakılığı qınayırıq"
"Biz bütün növ zorakılığı qınayırıq. Xüsusilə də jurnalistlərə qarşı olan zorakılığı. Bu yolverilməzdir. Aktual.ge xəbər verir ki, bu sözlərlə Marneuli Meri Zaur Darğallı dünən gecə Marneulidə baş vermiş hadisələri şərh edib. "Dünənki hadisələrin necə baş verdiyinə dair məlumatım yoxdur. Bildiyim qədəri ilə mübahisə nəticəsində baş verib. Hadisəyə müvafiq olaraq istintaq başladılıb. Biz insanlara qarşı törədilən hər cür zorakılığı qınayırıq. Təxribat və şiddət heç bir şəkildə bizə sərf etmir. Bu bizim tərzimiz deyil və ənfəətimizə heç cür uyğun deyil", - deyə Zaur Darğallı bildirib.
ŞƏRH YAZ
13