“Qalatasaray” ardıcıl 10-cu qələbəsini darmadağınla qazandı - VİDEO
28.01.2023 23:11
609
İdman
A
“Qalatasaray” ardıcıl 10-cu qələbəsini darmadağınla qazandı - VİDEO

Türkiyə Superliqasının 21-ci turunda səfərdə “Giresunspor”u 4:0 hesabı ilə məğlub edən “Qalatasaray” liqada ardıcıl 10-cu qələbəsini qazanıb.

Aktual.ge məlumat verir ki, bu nəticədən sonra “aslanlar” xalını 48-ə yüksəldib və liderliyini möhkəmlədib. Qələbə həsrəti ilə 5 matç keçirən “Giresunspor”un aktivində isə 21 xal var.

Superliqanın növbəti həftəsində “Giresunspor” səfərdə “Kasımpaşa” ilə qarşılaşacaq, “Qalatasaray” isə “Ümraniyespor”u qəbul edəcək.

ŞƏRH YAZ
0