Azərbaycanlı kriminal avtoritet Özbəkistanda saxlanılıb - FOTO
30.01.2023 00:24
4906
Kriminal
A
Azərbaycanlı kriminal avtoritet Özbəkistanda saxlanılıb - FOTO

27 yanvar tarixində 43 yaşlı kriminal avtoritet Rafet Əmirov Özbəkistanda saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə "Primecrime" məlumat yayıb.

Məlumata əsasən, o, Rusiya və ABŞ tərəfindən "İnterpol"a axtarışa verilibmiş. Rusiya kriminal avtoriteti 2010-cu ildə Moskvada 32 yaşlı Əli Babayevin qətlinə görə axtarışa verib.

Amerika Birləşmiş Ştatları kriminal avtoriteti İran hökumətinin sifarişi ilə iranlı jurnalistin öldürülməsini təşkil etməkdə ittiham edir. Məlumatlara görə, bu işdə onun şəriki əslən Dmanisinin Məmişli kəndindən olan kriminal avtoritet Polad Ömərov da var. 

Digər detallar araşdırılır.

Rafet Əmirov əslən Azərbaycanın Şirvan rayonundandır, “Əlibayramlınski” ləqəbi ilə tanınır. KİV onların əvvvəllər Dmanisinin Məmişli kəndindən olan mərhum "Qanuni oğru" Nadir Səlifov (Lotu Quli) klanında olduğunu yazır.

ŞƏRH YAZ
5