
Xəbər verdiyimiz kimi, 5 yanvar tarixində Gürcüstan vətəndaşı, əslən Dmanisinin Məmişli kəndindən olan kriminal avtoritet Polad Ömərov Praqada xüsusi əməliyyatla saxlanılmasının ardından onun ekstradisiya məsələsi gündəmə gəlib.
Aktual.ge-nin veridyi xəbərə görə, ABŞ-ın Baş prokuroru Merrik Qarland cümə günü bildirib ki, ABŞ prokurorları üç nəfəri İran hökumətinin tanınmış tənqidçisinə sui-qəsd cəhdində ittiham edib.
"Rafət Əmirov, Polad Ömərov və Xalid Mehdiyev ABŞ vətəndaşı olan və Bruklin şəhərində yaşayan jurnalist və ictimai fəalın qarşısı alınaraq Tehran tərəfindən dəstəklənən sui-qəsd cəhdində iştirak etdiklərinə görə muzdlu adam öldürmə və çirkli pulların yuyulmasında ittiham olunurlar" , - deyə Merrik Qarland əlavə edib.
Onun sözlərinə görə, Rafət Əmirov son vaxtlar İranda, Polad Ömərov Şərqi Avropada, Xalid Mehdiyev isə Nyu-Yorkun ətraflarında yaşayıb. Müstəntiqlərin fikrincə, qrup İran İslam Respublikasını tənqid edən İran əsilli, ABŞ vətəndaşı jurnalistin öldürülməsi sifarişini alıb.
ABŞ hazırda onların ekstradisiyasını tələb edir.