Mixail Saakaşvili reanimasiya şöbəsinə yerləşdirildi
31.01.2023 14:56
524
Sağlamlıq
A
Mixail Saakaşvili reanimasiya şöbəsinə yerləşdirildi

Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvili müalicə aldığı "Viva Med" klinikasında reanimasiya şöbəsinə yerləşdirilib.

Aktual.ge xəbər verir ki, bu barədə eks-prezidentin vəkili Şalva Xaçapuridze məlumat verib.

Vəkilin sözlərinə görə, ona klinikadan zəng edib bildiriblər ki, Mixail Saakaşvili reanimasiya şöbəsinə yerləşdirilib.

Keçmiş Prezidentin anası Giuli Alasaniya dünən mətbuata açıqlamasında bildirib ki, oğlu hüşunu itirib.

ŞƏRH YAZ
3