Aktual.ge Baş produserinin hazırladığı video bloq müsabiqənin qalibi olub - VİDEO
01.02.2023 11:55
385
Maraqlı
A
Aktual.ge Baş produserinin hazırladığı video bloq müsabiqənin qalibi olub - VİDEO

"Aktual Media" - Aktual.ge xəbər portalının Baş produseri və jurnalisti Natela Əlləzovanın hazırladığı video bloq müsabiqədə qalib gəlib.

Aktual.ge məlumat verir ki, video bloq "Marneulidə etnik azlıqların işlə təmin olunmaması" adlı hekayədən bəhs edir.

Video bloq “Prevensiya Tərəqqi üçün (PFP)” təşkilatı tərəfindən elan edilmiş iki dəqiqəlik videobloq müsabiqəsi çərçivəsində hazırlanıb. Müsabiqədə bir çox medialar iştirak etsə də, bununla Aktual.ge xəbər portalının daha bir üzvü - Natela Əlləzova konkursun qalibi olub.

Bildirilib ki, İngiltərənin "Müharibənin və Sülhün işıqlandırılması İnstitutunun - IWPR" maliyyə dəstəyi ilə həyata keçirilən müsabiqənin məqsədi Marneulidə yaşayan gənclərin problem və çətinliklərini ictimaiyyətə təqdim etməkdir.

Mediamızın Baş produseri Natela Əlləzovanı təbrik edib, uğurlarının davamını arzulayırıq.

Xatırladaq ki, bundan əvvəl də mediamızın rejissor və operatoru Xaqani Qocayevin hazırladığı video bloq müsabiqənin birincisi olub.

Həmin video bloqu təqdim edirik:

ŞƏRH YAZ
10