
Kateqoriyalar
Kaspi bələdiyyəsinin Lamiskana kəndində yırtıcı heyvan 72 yaşlı Avtandil Beinişviliyə hücum edib.
Aktual.ge yerli mənbələrə istinadla məlumat verir ki, yaşlı kişinin bədən hissələri dünən axşam saatlarında onun evinin yaxınlığında ailə üzvləri tərəfindən aşkar edilib.
Versiyalardan birinə görə, adama canavar sürüsü hücum edib. Yerli sakinlər deyirlər ki, yırtıcı heyvanın kəndə hücumu ilk dəfə deyil, digər hallarda da canavar ev heyvanlarını yeyib.
Yerli sakinlərin sözlərinə görə, canavarın parçaladığı 72 yaşlı kişinin cəsədini onun bacısı tapıb.
Hazırda sözügedən kəndin əhalisi təşviş içərisindədir və aidiyyatı qurumların kənd gəlməsini tələb edirlər.
Faktla bağlı Daxili İşlər Nazirliyi ayrıca araşdırmaya başlayıb.