
Kateqoriyalar
Marneulinin kəndlərindən birində 15 yaşlı qız yoxa çıxıb.
Aktual.ge-nin əldə etdiyi məlumata görə, hadisə 2 fevral tarixində baş verib.
Əldə edilən məlumata görə, 3 gün əvvəl nişanlandırılan azyaşlı qız 2 fevral gecə saat 04:00 radələrində gizlincə evdən qaçıb.
İddia olunur ki, azyaşlı qız zorla nişanlandırılıb.
15 yaşlı qızın hazırda harada olduğu məlum deyil. Ailə məsələ ilə bağlı polisə məlumat verib. Hüquq-mühafizə orqanları əməkdaşları yeniyetmənin axtarışındadır.
Aktual.ge xəbər portalı məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışır.