TƏCİLİ: ABŞ-dan Gürcüstana Rusiya ultimatumu
03.02.2023 11:53
757
Siyasət
A
TƏCİLİ: ABŞ-dan Gürcüstana Rusiya ultimatumu

Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpa olunması Gürcüstan hava limanlarında Rusiya şirkətlərinə xidmət edən şirkətləri sanksiyalar təhdidi altında qoyacaq.

Aktual.ge xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən “Amerikanın Səsi”nə bildirilib.

Qeyd olunub ki, hazırda ABŞ da daxil olmaqla bir sıra Qərb ölkələri Rusiya təyyarələrinin öz hava məkanlarına daxil olmasını qadağan edib və belə bir vəziyyətdə birbaşa uçuşların davam etdirilməsi narahatlıq doğurardı.

“Bütün Qərb qəddar rejimlə özü arasında məsafə qoyub – indi Rusiya ilə əlaqələri artırmağın vaxtı deyil”, - deyə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilib.

Qeyd edək ki, bu il yanvarın 18-də Rusiya Xarici işlər naziri Sergey Lavrov “Gürcüstanla birbaşa uçuşların tezliklə bərpa olunacağına” ümid etdiyini bildiribO, Rusiyaya qarşı sanksiyalara qoşulmadığına görə Gürcüstan hökumətinin qərarını yüksək qiymətləndirib. Yanvarın 19-da hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Rusiya ilə birbaşa uçuşların bərpasının mümkünlüyünü və bunun Gürcüstan vətəndaşları üçün faydalı ola biləcəyini deyib. O, Rusiya tərəfinin belə bir qərarının alqışlana biləcəyini qeyd edib.

Gürcüstan Prezidenti Salome Zurabişbili isə birbaşa uçuşların davam etdirilməsinin əleyhinə olduğunu bəyan edib.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar 2019-cu ilin yayında Tbilisidə keçirilən Rusiya əleyhinə aksiyalardan sonra Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə dayandırılıb.

ŞƏRH YAZ
2