
Kateqoriyalar
Xəbər verdiyimiz kimi, Marneulinin kəndlərindən birində 2 fevral tarixində 3 gün əvvəl zorla nişanlandırıldığı iddia edilən 15 yaşındakı qız etiraz edərək evdən qaçıb.
Aktual.ge-nin verdiyi xəbərə görə, azyaşlı qız ailəsinin polis müraciətinin ardından 3 fevral gecə gec saatlarında tapılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Aktual.ge xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, qız tapılıb və sığınacağa yerləşdirilib.
DİN-dən bildirilib ki, faktla bağlı bir nəfər "isti-izlərlə" saxlanılıb və faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 150-ci prima və 126-cı maddə ilə aparılır hansı ki, məişət zorakılığı və məcburi nikahı nəzərdə tutub.
Aktual.ge-nin əldə etdiyi məlumata görə, saxlanılan şəxs qızın atasıdır.