Marneuli bazarında ərzaq qiymətləri əl yandırır - VİDEO REPORTAJ
03.02.2023 13:12
811
İqtisadiyyat
A
Marneuli bazarında ərzaq qiymətləri əl yandırır - VİDEO REPORTAJ

Son vaxtlar bahalaşan ərzaq məhsulları və digər bir sıra mühüm şeylər əhalinin narazılığına səbəb olduğu müşahidə edilir. Marneuli bazarında ərzaq məhsullarının qiyməti əl yandırır.

Son aylarda ərzaq qiymətlərində müşahidə edilən kəskin bahalaşma əhalinin əsas gileyləri arasındadır. Ərzaq qiymətləri ilə bağlı Gürcüstan Milli Statistika İdarəsinin dekabr ayında dərc etdiyi rəsmi məlumata görə, 85 ərzaq məhsulundan 79-unun qiyməti bahalaşıb. Qiymətlərin bahalaşmasından həm alıcılar və həm də satıcılar narazıdırlar. Alıcılar aldiqlari maaş və aylıq pensiyaları qiymətlərin bahalaşması səbəbi ilə onlara bəs etmədiklərini söyləyirlər.

Alıcılarla yanaşı ərzaq məhsullarının qiymətlərinin bahalaşmasından satıcılarda öz narazılıqlarını dilə gətiriblər. 

Qeyd edək ki, Milli Statistika İdarəsinin verdyi məlumata görə, bahalaşan məhsulların ən başında kələm, badımcan, günəbaxan yağı gəlir.

İqtisadçı ekspert Azər Dilənçiyev ərzaq məhsullarının bahalaşmasının əsas səbəbini qonşu ölkələrdə olan konfliktlərlə əlaqələndirib.

Ekspert ərzaq qiymətlərinin bahalaşmasının digər bir səbəbini isə Gürcüstana axın edən Rusiya vətəndaşları ilə əlaqələdnirib.

ŞƏRH YAZ
10