Kateqoriyalar
"Mixail Saakaşvilinin cəzasının təxirə salınması və ya azadlığa buraxılması işi üzrə sonuncu məhkəmə iclası bazar ertəsi, fevralın 6-da keçiriləcək".
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridzenin bildirib.
Hüquqşünasın fikrincə, hakim yekun qərarını yəqin ki, bazar ertəsi elan edəcək.
“Bazar ertəsi saat 17:00-da son iclas baş tutacaq, tərəflər son sözlərini deyəcək və yəqin ki, hakim həmin gün qərarı elan edəcək”, - Şalva Xaçapuridze qeyd edib.