Kateqoriyalar
Marneuli rayonunun Rustaveli küçəsində qorxunc yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.ge-nin verdiyi xəbərə görə, 4 fevral günorta saatlarında Marneulinin Rustaveli küçəsində avtomobilini yolun kənarında saxladıqdan həmən sonra yolu keçməyə çalışan piyadanı dönmə hərəkətini həyata keçirən "Mercedes" markalı avtomobil vurub.
Hadisənin anbaan videogörüntüləri ətrafdakı təhlükəsizlik kameralarında əks olunub. Görüntülərdən göründüyü qədəri ilə minik avtomobilin vurduğu piyada öncə yıxılır, sonra qalxmağa cəhd etsə də, buna nail ola bilmir, şok halında yenidən yıxılır.
Həmin şəxsin yunğul xəsarət aldığı öyrənilib.