Qarşıdakı günlərdə hava necə olacaq? - RƏSMİ AÇIQLAMA
06.02.2023 01:57
4126
Maraqlı
A
Qarşıdakı günlərdə hava necə olacaq? - RƏSMİ AÇIQLAMA

Yaxın bir neçə gün ərzində Gürcüstanda yağışlı hava şəraiti gözlənilir.

Aktual.ge məlumat verir ki, bu haqda Milli Ətraf Mühit Agentliyindən bildirilib.

Məlumata görə, fevralın 6-dan Gürcüstanın şərqində, fevralın 7-dən Qərbi Gürcüstanda fevralın 8-i səhərədək yağıntı, güclü qar, dağlıq və yüksək dağlıq ərazilərdə duman və çovğun, eləcə də dənizdə 3-4 bal gücündə dalğalanma, tufan, magistral yollarda sürüşkən buz, dağlıq rayonlarda uçqun təhlükəsi gözlənilir.

"Magistral yolların bəzi hissələrində güclü qar yağması, görmə qabiliyyətinin zəifləməsi, çovğun, buz bağlaması və uçqun təhlükəsi səbəbindən nəqliyyatın hərəkətinin məhdudlaşdırılması mümkündür", - Agentliyin məlumatda bildirilib.

ŞƏRH YAZ
4