Türkiyədə Gücüstanın diplomatik təmsilçiliklərində
06.02.2023 13:45
218
Hadisə
A
Türkiyədə Gücüstanın diplomatik təmsilçiliklərində "Qaynar Xətt" fəaliyyətə başlayıb

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfirlik və konsulluğa Gürcüstan vətəndaşları barədə məlumat daxil olmayıb. 

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat verib.

“Vətəndaşlarımız tərəfindən nə Gürcüstanın Ankaradakı səfirliyində, nə də İstanbuldakı Baş Konsulluğunda heç bir bildiriş daxil olmayıb. Digər tərəfdən, həm konsulluq, həm də səfirlik Türkiyənin müvafiq qurumları ilə daim əlaqə saxlayır”, - XİN-dən bildirilib.

Bundan əlavə, Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, zəlzələ ilə əlaqədar “qaynar xətt” də fəaliyyətə başlayıb.

“Türkiyə Respublikasında baş verən zəlzələ ilə əlaqədar Gürcüstanın İstanbul və Trabzondakı Baş Konsulluğunda qaynar xətt fəaliyyətə başlayıb. Türkiyədəki Gürcüstan vətəndaşları lazım gəldikdə əlaqə saxlaya bilərlər: Gürcüstanın Ankaradakı səfirliyi +905336903040; +905392208280; İstanbul Baş Konsulluğu +905418184400; Trabzon Baş Konsulluğu +905413262226.

Gürcüstan Xarici İşlər Nazirliyi və Gürcüstanın diplomatik nümayəndəlikləri baş vermiş hadisə ilə bağlı bir daha dərin kədər hissi keçirir və Türkiyə hökuməti və əhalisi ilə həmrəy olduqlarını bildirirlər”, - Nazirliyin yaydığı məlumatda deyilir.

Məlumat üçün bildirək ki, bu gün səhər saatlarında Türkiyədə baş verən zəlzələ nəticəsində 284 nəfər həyatını itirib, 2323 nəfər yaralanıb.

ŞƏRH YAZ
1