İlkin Hüseynov:
06.02.2023 21:24
1079
Maraqlı
A
İlkin Hüseynov: "Aktual.ge səhifəsini dağıtmaq istəyirdilər, bunu edə bilmədilər və şəxsi hesabıma hücum etdilər"

"Aktual Media" - Aktual.ge xəbər portalının qurucusu İlkin Hüseynovun rəsmi "Facebook" hesabı sındırılıb.

Aktual.ge xəbər verir ki, bu barədə media rəhbərinin özü məlumat verib.

"4 Fevral səhər saatlarında rəsmi 'Facebook' hesabıma hücum olub. Və bir sıra nalayiq fotolar paylaşılıb. Bunun üzərindən çox keçmədən 'Facebook' administrasiyası hesabımı tamamilə platformadan qaldırıb və ardından platformanın qanunlarına zidd olduğuna görə ləğv edib. Üzərindən çox keçmədən eyni zamanda rəsmi 'İnstaqram' hesabımıda sındırıblar.

Bunun bənzər formasını biz ötən ildə yaşadıq. Ötən il Aktual.ge xəbər portalının rəsmi 'Facebook' səhifəsi bir sıra qəsid edilmiş şikayətlərə məruz qaldı və bununla da səhifəmizdə 220-ə qədər spam qeydə alındı. Üstəlik 'Facebook' tərəfindən bizə rəsmi olaraq bildirildi ki, səhifənizin aktivliyi və paylanması məhdudlaşdırılıb.

Biz ötən bir il boyunca bütün maddi çətinliklərimizlə yanaşı üstəlik də bu çətinliklər içində fəaliyyət göstərdik. Beləliklə çox dəyərli izləyicilərimizin səhifəmizi tez-tez paylaşaraq bizə dəstək olmaları ilə Aktual.ge-nin əsas səhifəsi 2022-ci ilin noyabr ayında spamdan qismən azad oldu. Bundan sonra mövcud reytinqimizdə ciddi irəlləyiş müşahidə etdik; Səhifəmizin yenidən aktivliyini hiss etdik və komandamız AktualTv internet telekanalını gücləndirmək və insanımıza daha çox xəbər vermək qərarı verdi. Beləliklə bu ilin 31 yanvar tarixindən həftəiçi 5 gün hər axşam Azərbaycan dilində canlı 'Aktual Xəbərlər' buraxılışı təqdim etməyə başladıq. Cəmi 4 xəbər buraxılışı ilə hər yana səs-səda salan unikal süjetlərimizin 10 minlərlə insana çatması görünür, kimlərisə narahat edib və bu uğurumuzu gözləri götürməyib hücuma keçiblər və ilk hədəf isə Aktual.ge səhifəsini dağıtmaq olub. Lakin buna nail ola bilməsələr də, öz şəxsi hesabımı bilərəkdən 'Facebook' qanunlarına zidd olan paylaşımlar edərək, dağıdıblar.

Bu mərhələdə rəsmi 'Facebook' hesabım yoxdur, bu gün günorta saatlarında 'İnstaqram' hesabımı bərpa edə bildik. Dəyərli dostlarımız - Çingiz Kazimzadə və Sunay Tağızadə 'Facebook' administrasiyası ilə hər gün danışıqlar içindədirlər. Ümüd edirəm ki, yaxın günlərdə hesabım bərpa olunar. İrəliləyən proseslərlə bağlı ictimaiyyətə məlumat verəcəm" , - deyə İlkin Hüseynov qeyd edib.

ŞƏRH YAZ
6