Türkiyədə zəlzələ nəticəsində itkin düşmüş hesab edilən Gürcüstan vətəndaşlarının hamısı tapılıb.
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Türkiyədəki fövqaladə və səlahiyyətli səfiri Giorgi Cancğava bildirib.
Onun sözlərinə görə, güclü zəlzələ nəticəsində iki Gürcüstan vətəndaşı həlak olub.
Diplomat təbii fəlakət zonasında olan Gürcüstan vətəndaşlarını Gürcüstanın diplomatik nümayəndəliyi ilə əlaqə saxlamağa və onların yeri və vəziyyəti barədə məlumat verməyə çağırır.
“Biz imkan daxilində vətəndaşlarımızla əlaqə saxlayırıq. Haqqında məlumatımız olan bütün itkin düşən adamları tapdıq. Onların arasında futbolçularımız da var, onlarında izinə düşdük. Həmin zonaya daxil olmaq çox çətindir, ona görə də mən hamını harada olduqlarını, necə olduqlarını bizə çatdırmağa çağırıram”, - Giorgi Cancğava deyib.