
Tbilisidə Hökumət Administrasiyası qarşısında keçirilən aksiyada Marneuli Bələdiyyə Məclisində "Milli Hərəkat" fraksiyasının deputatı Nərgiz Əliyeva sərt sözlərlə çıxış edib.
Aktual.ge xəbər verir ki, sözügedən partiyanın təşkilatçılığı ilə keçirilən aksiyada Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşviliyə azadlıq tələb olunub.
Aksiyada Azərbaycan dilində çıxış edən Nərgiz Əliyeva deyib:
"Əziz szərbaycanlılar, əziz Gürcüstanda yaşıyan bu millətin və bu dövlətin layıqlı azərbaycanlı vətəndaşları, hamınızı salamlayıram və təşəkkür edirəm ki, bu aksiyalara qoşulmaqla siz bu ölkənin qarşısında öz borcunuzu layiqincə yerinə yetrirsiziniz. Siz bilirsiniz ki, müasir Gürcüstanın qurucusu, müasir Gürcüstani ayağa qaldıran və bizlərin belə modern Gürcüstanımızda yaşamağımıza səbəb olan Mixail Saakaşvili bu quldur hakimiyyətin, Putinin əsiridir.
Bizim hər birimiz Mixail Saakaşvilinin azadlıqı üçün bu ölkənin azadlıqı üçün birlikdə mübarizəyə qoşulmalıyiq və bütün azərbaycanlılar gürcü xalqı ilə birlikdə, Gürcüstan ayaqa qalxmalıdır, çünki bu gün tək Mixail Saakaşvili deyil, bütün Gürcüstan Putinin əsiridir".
Xatırladaq ki, 6 fevral tarixində Tbilisi Şəhər Məhkəməsində hakim Giorgi Arevadze Mixail Saakaşvilinin cəzasının təxirə salınması və ya azadlığa buraxılması işində müdafiə tərəfinin tələbini təmin etməyib və Gürcüstanın keçmiş prezidentini həbsdə saxlayıb.