Gürcüstandan Türkiyə gedən xüsusi grup gənc qadını dağıntılar altından belə çıxardı - VİDEO
08.02.2023 11:53
582
Hadisə
A
Gürcüstandan Türkiyə gedən xüsusi grup gənc qadını dağıntılar altından belə çıxardı - VİDEO

Gürcüstandan Türkiyəyə gedən 60 nəfərlik yanğınsöndürənlər və xilasedicilər Adıyaman şəhərində gecə boyunca xilasetmə əməliyyatı zamanı gənc qadını dağıntılar altından çıxarıblar.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Bildirilib ki, hadisə yerində səhra düşərgəsi yaradılıb və gürcüstanlı yanğınsöndürənlər Adıyaman vilayətində fəaliyyət göstərən operativ idarəetmə mərkəzi ilə sıx koordinasiyadadırlar.

Qeyd olunub ki, Gürcüstandan gedən xilasedicilər qrupu zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə tədbirlərinin həyata keçirilməsi istiqamətində xüsusi təlim keçmiş yanğınsöndürənlərdir. Qrupda eyni zamanda it-xilasedicilər də mövcuddur. Xilasedicilər briqadası müasir akustik cihazlar, pilotsuz uçuş aparatları, həmçinin rabitə vasitəsi və hər cür müvafiq xüsusi xilasetmə avadanlığı ilə təchiz olunub.

Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin qərarı ilə 60 nəfərlik xilasedicilərdən ibarət xüsusi qrup Türkiyəyə gedib. Həmçinin Gürcüstandan Adıyaman şəhərinə əlavə olaraq 40 yanğınsöndürən göndərilməsi barədə qərar qəbul edilib ki, onlar da tezliklə əsas yanğınsöndürən dəstəsinə qoşulacaqlar.

ŞƏRH YAZ
1