Gürcüstandan daha 40 nəfər yardım üçün Türkiyəyə gedib - VİDEO
08.02.2023 14:57
484
Dünya
A
Gürcüstandan daha 40 nəfər yardım üçün Türkiyəyə gedib - VİDEO

Türkiyə Respublikasında baş vermiş zəlzələdən sonra axtarma və xilasetmə əməliyyatlarında iştirak edən Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğınsöndürənləri qrupuna daha 40 gürcüstanlı yanğınsöndürən qoşulacaq.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Bildirilib ki, əlavə qrup Gürcüstandan Türkiyə Respublikasına yola düşüb.

Xilasedicilər Adıyaman şəhərində fasiləsiz olaraq xilasetmə işləri aparan gürcü xilasedicilər qrupuna qoşulacaq. İndiyə qədər onlar bir nəfəri dağıntılar altından xilas ediblər.

Gürcüstanlı xilasediciləri Tbilisi Beynəlxalq Hava Limanından Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Teymuraz Mqebrişvili və Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay müşayiət edib.

Bildirilib ki, Gürcüstan yanğınsöndürənlərinin xilasetmə fəaliyyətini Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinin rəhbəri Teymuraz Mqebrişvili şəxsən koordinasiya edir.

 

ŞƏRH YAZ
1