
Kateqoriyalar
Gürcüstan Müsəlmanları İdarəsinin dini rəhbər və ruhaniləri başsağlığı üçün Türkiyə səfirliyində olub.
Aktual.ge xəbər verir ki, bu bərədə GMİ-dən məlumat verilib.
Bildirilib ki, idarənin Şeyxi Hacı Ramin İgidov, şərqi-Gürcüstan müftisi Etibar Eminov və bir qrup rühani 8 fevral tarixində Türkiyənin Tbilisidəki səfirliyində olublar və baş sağlığı diləyiblər. Din xadimləri eyni zamanda matəm kitabına ürək sözlərini yazıblar.
Batumidə isə GMİ-nin qərbi-Gürcüstan müftisi Hacı Adəm Şantadze Türkiyənin Batumi Başkonsulluğuna gedərək baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar baş sağlığı verib.
Bildirilib ki, GMİ tərəfindən Türkiyənin Diyanət İşləri Başqanı professor Dr. Ali Erbaşa da başsağlı məktubları çatdırılıb.