Səfir:
09.02.2023 00:20
433
Siyasət
A
Səfir: "Türkiyə Gürcüstan xalqına minnətdardır"

"Gürcüstan Türkiyənin beynəlxalq yardım çağırışına ilk reaksiya verən və ora xilasedici dəstə göndərən ölkələrdən olub".

Aktual.ge xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı Səfiri Ali Kaan Orbay deyib.

Diplomat İctimai yayımçıya verdiyi məlumata görə, Türkiyə Gürcüstan xalqına minnətdardır.

“Türkiyədə çoxlu resurs səfərbər etmişik, lakin əlavə olaraq beynəlxalq yardım tələb etmişik. Yaxın dostumuz, qonşumuz, strateji tərəfdaşımız olan Gürcüstan beynəlxalq yardım çağırışımıza ilk cavab verən ölkələrdən biri oldu. Zəlzələ baş verən gün, fevralın 6-da Gürcüstan dərhal axtarış-xilasetmə qrupu yaradıb və həmin gün onlar Tbilisidən Türkiyəyə yola düşüblər. Onlsr 60 xilasedicidən ibarət yüksək ixtisaslı və peşəkar qrupdur. Onlar Adıyaman vilayətindədirlər və 21 yaşlı qadını dağıntılar altından çıxarıblar. Biz buna görə minnətdarıq. Biz Gürcüstan hökumətinə, xüsusilə Türkiyənin əsl dostu olan, Gürcüstanın Türkiyəyə yardımının koordinasiyasında şəxsən iştirak edən baş nazir İrakli Qaribaşviliyə minnətdarıq. Türkiyənin yardım səyləri ilə birlikdə insanlara ümid bəxş edən Adıyam vilayətində çalışan ilk qrupla birlikdə Gürcüstan dünən axşam çağırışımıza yenidən cavab verdi və dərhal daha 40 nəfərlik axtarış-xilasetmə qrupunu səfərbər etdi",- deyə səfir qeyd edib.

Türkiyənin Gürcüstandakı səfiri Gürcüstan hökumətinə təşəkkür edib.

“Gürcüstan hökumətinə, prezident Zurabişviliyə, baş nazir Qaribaşviliyə, xarici işlər naziri Darçiaşviliyə, daxili işlər naziri Qomelauriyə və bütün digər nazirlərə və parlamentdəki dostlarımıza kədərlərini bildirən və başsağlığı verənlərə minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin, parlamentin sədri Şalva Papuaşviliyə dünən parlamentin iclasının açılışında zəlzələ qurbanlarının xatirəsini ehtiramla yad etdikləri emosional sükut anına görə təşəkkür etmək istərdim. Biz ayağa qalxacağıq, dostlarımızın, qardaşlarımızın dəstəyi ilə bu çətin dövrü keçəcəyik. Kədərimizə şərik olan və həmrəylik nümayiş etdirən gürcü xalqına təşəkkür edirəm. Demək istəyirəm ki, biz birlikdə güclü olacağıq. Təşəkkür edirəm”, - Ali Kaan Orbay qeyd edib.

ŞƏRH YAZ
3