Bu şəhərlərdə şagirdlər sinif otaqlarına qayıdıblar
01.10.2020 10:17
251
Mədəniyyət
A
Bu şəhərlərdə şagirdlər sinif otaqlarına qayıdıblar
Bu gün, 1 oktyabr tarixindən etibarən Tbilisi, Kutaisi, Rustavi və Zuqdidi məktəblərində ibtidai sinif şagirdləri sinif otaqlarına qayıdıblar. Aktual.ge xəbər verir ki, pandemiya səbəbindən yaranmış vəziyyət nəzərə alınaraq hökumət tərəfindən tədris prosesinin tənzimlənməsi üçün verilən müvafiq qərarlar bu gündən etibarən tətbiq edilib. Müvafiq qərara əsasən, bu gün, 1 oktyabr tarixindən etibarən Tbilisi, Kutaisi, Rustavi və Zuqdidi məktəblərinin I-VI sinif şagirdləri məktəblərə qayıdıb və tədris prosesi sinif otaqlarında davam etdirilir. 7-12-ci sinif şagirdlərinə gəlincə isə qeyd olunan şəhərlərdə onlar üçün tədris prosesi hələ də onlayn rejimdə davam etdirlir. Bundan əlavə Poti və Qori şəhərlərində də bu gündən etibarən bütün sinif şagirdləri üçün tədris prosesi sinif otaqlarında bərpa edilib. Qeyd edək ki, ölkənin bütün ali təhsil müəssisələrində olduğu kimi Acarıstan bölgəsindəki məktəblərdə təhsil prosesi uzaqdan tədris rejimi ilə davam etdirilir.
ŞƏRH YAZ
0