Pankisi sakinləri ayağa qalxdı
16.03.2023 16:52
845
Siyasət
A
Pankisi sakinləri ayağa qalxdı

Pankisi vadisinin sakinləri aksiya keçirib. 

Aktual.ge İpn- istinadla xəbər verir ki, yerli sakinlər hakimiyyətə müraciət edərək, Avropadan qayıdanların Gürcüstana girişində niyə problemlərlə üzləşdikləri ilə bağlı izahat tələb edirlər. 

Aksiyaçıların məlumatına görə, 23 yaşlı qız 3 gündür Kutaisi hava limanında saxladılır.

“Bu problem bir ilə yaxındır ki, kütləvi forma alıb. Hər üçüncü adamın ölkəyə girişi dayandırılır, gecikir və problem yaşayır. Səbəbini bilmirik və bizə demirlər. Ona görə də rəsmi qurumlara müraciət edirik ki, Leyla Kavtarova və oğlunu ölkəyə buraxsınlar və belə halların bir daha təkrarlanmasının qarşısını alsınlar. Və ya səbəbini bizə deyin nədir biz bilək. Vadimizdən çoxlu insan işləməyə Avropaya gedib və onların geri qayıtmasında niyə problem yaranır?” – aksiya iştirakçıları söyləyir.

Onların məlumatına görə, Leyla Kavtarova hazırda Rusiya və Fransa vətəndaşı olsa da, əslən Pankisidəndir.

Vadi sakinləri ictimai müdafiəçidən xahiş edirlər ki, məsələni hökumətlə birlikdə həll etsin, əks halda aksiyalar elan edəcəklər.

ŞƏRH YAZ
2