Müəllimlərin sertifikat imtahanı üçün qeydiyyat vaxtı açıqlandı - İZAHLI VİDEO
17.03.2023 15:07
7458
Mədəniyyət
A
Müəllimlərin sertifikat imtahanı üçün qeydiyyat vaxtı açıqlandı - İZAHLI VİDEO

Müəllimlərin sertifikat imtahanına qeydiyyat müddəti açıqlanıb.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Qiymətləndirmə və İmtahan Mərkəzi məlumat yayıb.

"Müəllimlərin fənn imtahanlara qeydiyyat 20 mart saat 10:00-dan başlayacaq və aprelin 3-ü saat 18:00-dək davam edəcək. Qeyd olunan qeydiyyat müddəti xüsusi müəllimlərə də şamil edilir" - verilən məlumatda əlavə edilib ki, qeydiyyat yalnız elektron şəkildə Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin online.naec.ge veb saytında mümkündür. 

Bildirilib ki, fənn imtahanlarında iştirak etmək məhdud deyil və aşağıdakı fənlər üzrə imtahan vermək mümkündür:
-Gürcü dili və ədəbiyyatı (İbtidai səviyyə);
-Riyaziyyat (İbtidai səviyyə);
-Təbiətşünaslıq (İbtidai səviyyə);
-Gürcü dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (Birinci və 6-cı siniflər üzrə);
-Gürcü dili və ədəbiyyatı (Əsas və ya orta səviyyə);
-Qeyri-gürcü dilli məktəblər və sektorlar üçün gürcü dili (İbtidai, əsas və ya orta səviyyə);
-Riyaziyyat (Əsas və ya orta səviyyə);
-Sosial elmlər (Əsas və ya orta səviyyə): Tarix, coğrafiya, vətəndaşlıq təhsili;
-Təbiət elmləri (Əsas və ya orta səviyyə): Fizika, kimya, biologiya;
-Xarici dillər (İbtidai, əsas və ya orta səviyyə): İngilis, alman, fransız, rus;
-Estetik fənnlər: Təsviri və tətbiqi incəsənət, musiqi, idman;
-İnformasiya və kommunikasiya texnologiyaları/kompüter texnologiyaları;
-Azərbaycan və ya Erməni dili.

Təcrübəli müəllimlərin nəzərinə: Milli Qiymətləndirmə və İmtahan Mərkəzi tərəfindən 2012-ci ildə təşkil olunacaq fənn imtahanında yalnız Azərbaycan və erməni dilləri üzrə praktik müəllim statusuna malik müəllimlər, eləcə də xüsusi təcrübə keçən müəllimlər praktiki müəllim kimi qeydiyyatdan keçmək hüququna malikdirlər. Bildirilib ki, onlar üçün qeydiyyat pulsuzdur.

Mərkəzin hazırladığı qeydiyyat üçün xüsusi videonuda aşağıda təqdim edirik:

 

ŞƏRH YAZ
4