Müfti ölkə və dünya müsəlmanlarının Ramazan ayını təbrik edir
23.03.2023 00:14
640
Din
A
Müfti ölkə və dünya müsəlmanlarının Ramazan ayını təbrik edir

Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi-Gürcüstan müftisi Etibar Eminov Ramazan ayının daxil olması münasibətilə ölkə və dünya müsəlmanları təbrik edir.

Aktual.ge xəbər verir ki, müfti təbrik mesajında deyib:

"Müqəddəs Ramazan ayının gəlişi ilə bağlı bütün müsəlmanları təbrik edirəm. Allahım tutacağınız orucları öz dərgahında qəbul etsin. Allahdan diləyirəm ki, bu müqəddəs ay ölkəmizə və dünyamıza sülhün gəlməsinə vəsilə olsun.

Ramazanın ən gözəl bizlərə hədiyyəsi, məhz bu ayda Qurani-Kərimin nazil olmasıdır. Biz bunun üçün Allaha sonsuz təşəkkür və şükür edirik ki, bizə ən gözəl hidayət çırağı bəxş edib.

Mən bir daha bütün müsəlman qardaş və bacılarımızı təbrik edirəm".

ŞƏRH YAZ
2