Rusiya və Gürcüstan birbaşa uçuşları bərpa etmək, eləcə də vizaları ləğv etmək ərəfəsindədir.
Aktual.ge xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.
Komitə rəhbəri “Rusiya və Gürcüstan arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri” adlı iqtisadi forumda çıxışı zamanı deyib:
"Mən bir çox yüksək vəzifəli şəxslərlə, o cümlədən toxunduğumuz məsələ ilə bağlı danışmışam. Rusiya və Gürcüstan birbaşa hava əlaqəsini bərpa etmək, həmçinin vizaları ləğv etmək ərəfəsindədirlər. İndi sizin və mənim həll etməli olduğumuz çox həssas məsələlər: Hava səyahətləri və Rusiyada vizaların ləğvi".
Bununla yanaşı Kalaşnikov vurğulayıb ki, bu qərarların nə vaxt və hansı ardıcıllıqla veriləcəyi barədə konkret söyləmək onun üçün çətindir