Keşiş xütbəsində konkret mesaj verdi: Gec-tez biz bu qanun layihəni qəbul etməli olacağıq
26.03.2023 15:58
637
Siyasət
A
Keşiş xütbəsində konkret mesaj verdi: Gec-tez biz bu qanun layihəni qəbul etməli olacağıq

"Əgər biz sivil dünyada olmaq istəyiriksə, gec-tez belə bir qanun qəbul etməli olacağıq, əks halda Avropanı, Amerikanı və ya başqa bir ölkəni düşmən hesab etməyə məhkum olacağıq".

Aktual.ge xəbər verir ki, bunu bodbel arxiyepiskopu Yakob öz xütbəsində "Xarici agent" kimi bilinən qanun layihəsindən danışarkən deyib.

O, Tbilisidə baş verən son hadisələrə münasibət bildriib və qeyd edib ki, gənclər düşünməlidirlər ki, ölkəni Rusiyaya aparacaq kimsə sadə bir çıxışla geri çəkilməyəcək.

“Biz Tbilisidə baş verən hadisələrin şahidi olduq və bir çox insan gənclərin bu cür fəallığına, bu cür mənəvi münasibətinə təəccübləndi. Deyəsən, gürcü xalqını tanımırlar. Xaricilərin onları tanımaması başa düşüləndir, amma gənclərin çıxışları bizi də təəccübləndirir. Nəslimizi yada salsaq, xatırlayırıq ki, Sovet İttifaqının sonunda baş verən acılar bizim də başımızdan keçdi və hər hansı bir çətinlik olsaydı, o xəbərlərin şahidi, iştirakçısı olduq. Mən sevinirəm ki, gürcü ruhu hələ də gürcü gəncliyində parlayır və millətimiz yox olmayacaq. 

Fransada təqaüdlə bağlı nə baş verdiyinə baxaq, qırğın gedir. Gürcüstanda nəsə baş verəndə dünya rəsmiləri narahat olur ki, bu necə baş verir? Demokratiyaya baxın, pis iş görməyin. Mən gənclərə də müraciət edirəm ki, dünyada, sərhədimizdən kənarda, xarici dövlətin, xarici hökumətin nümayəndəsi Gürcüstanı hər birimizdən çox sevdiyini düşünərmi? Bu cəfəngiyyata kimsə inanamı?

Belə bir qanun qəbul etməyə hazırlaşanda (Xarici təsirlərin şəffaflığı haqqında -Red.) gərək insanlara bunun nə üçün lazım olduğunu izah edəsən. Həmin qanun barədə müxtəlif qüvvələr başladı ki, sən bizim partnyorlarımızı düşmən hesab edirsən, ona görə bu qanunu qəbul etməyə hazırlaşırsan. Bunu hakimiyyətə gəlmək istəyən partiyalar və xaricdən ən çox pul alan bəzi qeyri-hökumət təşkilatları başlatdı.

Sivil dünyada olmaq istəyiriksə, gec-tez belə bir qanun qəbul etməli olacağıq, əks halda Avropanı, Amerikanı və ya başqa bir ölkəni düşmən saymağa məhkum olacağıq", - söyləyib din xadimi.

ŞƏRH YAZ
17