İsraildə arada yenidən qarışdı: Xalq parlamentə daxil oldu
27.03.2023 17:28
491
Siyasət
A
İsraildə arada yenidən qarışdı: Xalq parlamentə daxil oldu

“Knesset (İsrail parlamenti) binası qarşısında etiraz edən bir neçə nümayişçi binanın içinə daxil ola bilib”.

Aktual.ge Report-a istinadla xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" telekanalı məlumat yayıb.

Bu saatlarda Knessetin binası qarşısında hökumət əleyhinə böyük mitinq keçirilir. Nümayişçilər Baş nazir Benyamin Netanyahuya, onun başçılıq etdiyi hökumətə və onun ölkənin məhkəmə sistemində təklif etdiyi islahatlara etiraz edirlər.

Etirazların geniş vüsət almasına səbəb məhkəmə sistemində islahatların dayandırılmasının lehinə açıq şəkildə çıxış edən müdafiə naziri Yoav Qalantın martın 26-da Netanyahu tərəfindən istefaya göndərilməsi olub.

ŞƏRH YAZ
4