Marneulidə az əvvəl zəncirvari qəza baş verdi: Yaralılar var - FOTO
27.03.2023 19:31
2698
Hadisə
A
Marneulidə az əvvəl zəncirvari qəza baş verdi: Yaralılar var - FOTO

Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.ge-nin verdiyi xəbərə görə, axşam saatlarında qeydə alınan zəncirvari qəzada üç avtomobilin toqquşduğu məlum olub.

Hadisə yerindən əldə olunan məlumata görə, hadisə yerinə təcili tibbi yardım gələnə qədər qəza nəticəsində 3 nəfər yaralı vəziyyətdə Bələdiyyədəki klinikalardan birinə aparılıb.

Hadisə yerinə fövqaladə hallar idarəsinin xilasedici briqadası və patrul polis cəlb olunub. Ərazi sarı lentə alınıb. 

Qəzanın baş verdiyi yerdə araşdırma aparılır.

ŞƏRH YAZ
11