Bütün Gürcüstana elan edildi:
27.03.2023 20:29
1076
Siyasət
A
Bütün Gürcüstana elan edildi: "Gürcü Arzusu" konfranslara başlayır

Hakim “Gürcü Arzusu” ölkə üzrə 73 partiya konfransı keçirəcək.

Bu barədə iqtidar partiyasının mətbuat xidmətindən Aktual.ge xəbər portalına məlumat verilib.

Bildirilib ki, ilk konfrans martın 28-də Batumidə keçiriləcək.

Batumidəki konfransda hakim partiyanın sədri İrakli Kobaxidze, Baş katib Kaxa Kaladze, icraçı katib Mamuka Mdinaradze, regional katib Dimitri Samxaradze və "Gürcü Arzusu"nun Acara qərargahının rəhbəri Tornike Rijvadze partiyanın Batumidəki üzvləri ilə görüşəcəklər.

Bildirilib ki, konfrans iştirakçıları Batumi şəhər təşkilatının sədrini və büro üzvlərini seçəcəklər.

Məlumatda ayrıca bildirilib ki, martın 29 və 30-da Xulo, Şuaxevi, Keda, Xelvaçauri və Kobuletidə partiya konfransları keçiriləcək.

ŞƏRH YAZ
15