
Kateqoriyalar
Azərbaycanda axtarışda olan tiktoker Əmrah Məhərrəmov saxlanılıb.
Aktual.ge Axar-a istinadən xəbər verir ki, Ə.Məhərrəmov Gürcüstandan Azərbaycana gedərkən Hava limanında yaxalanıb.
Onun barəsində olan sənədlər toplanaraq Bakı Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Ə.Məhərrəmov barədə Daxili İşlər Nazirliyinə şikayət edilib.
Şikayət əsasında o, hüquq-mühafizə orqanlarına dəvət edilsə də, məsuliyyətdən yayınıb.
Nəticədə barəsində cinayət işi başlanıb və o, axtarışa verilib.