Milyonların gözləsiyi açıqlama verildi: Quru sərhədlər bu tarixdən açılır
29.03.2023 00:08
3080
Maraqlı
A
Milyonların gözləsiyi açıqlama verildi: Quru sərhədlər bu tarixdən açılır

Azərbaycan Nazirlər Kabineti “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” müsbət qərarlar verib. Qəbul olunan qərarda əcnəbi vətəndaşların Azərbaycan Respublikasına giriş-çıxışına da icazə verilib. Bəzi məhdudiyyətlərin aradan qaldırılması quru sərhədlərin açılması məsələsini də gündəmə gətirib. Maraqlıdır, quru sərhədlərin açılması gözlənilirmi?

Aktual.ge xəbər verir ki, məsələ ilə bağlı "Globalinfo"ya danışan Azərbaycan Milli Məclisinin deputatı Müşfiq Cəfərov yaxın zamanlarda quru sərhədlərin açılmasının mümkün olduğunu bildirib.

"Bəli, artıq bəzi qadağalar aradan götürülüb. Təbii ki, bu addımların atılması bizim turizmin inkişafına müsbət təsir edəcək. Sosial şəbəkə və mətbuatda quru sərhədlərin mayın 1-də açılması xəbərlərini izlədik, amma bununla bağlı hələ heç bir qərar yoxdur. Əsas odur ki, artıq COVİD-19 virusuna yoluxma, demək olar ki, yox səviyyəsinə çatıb",- millət vəkili əlavə edib.

Azərbaycanlı millət vəkili Razi Nurullayev də "Sputnik-Azərbaycan"a bildirib ki, artıq quru sərhədlərlə bağlı qərarın da ləğv olunmasının vaxtı çatıb və may ayının 1-dən sərhədlər açılacaq.

"Məndə olan məlumata görə, may ayının 1-dən etibarən xüsusi karantin rejimi müddəti artıq uzadılmayacaq. Bununla da mayın 1-dən quru sərhədlər açılacaq. Bu çox sevindirici xəbərdir",- deyə Milli Məclisin üzvü bəyan edib.

Razi Nurullayev deyib ki, Rusiya, Gürcüstanla quru sərhədlər açılsa da, İranla sərhədlərin açılıb-açılmayacağı barədə hökumət ayrıca qərar verməlidir. Onun sözlərinə görə, buna səbəb İranın son vaxtlar Azərbaycana qarşı düşmən mövqeyi tutması, təhdid mesajları ötürməsidir.

ŞƏRH YAZ
7